Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

«Bələdiyyələrin pulunu YAP xərcləyir»


«Tərtər bələdiyyəsində dotasiyaların 90 faizi bələdiyyələrin özünə çatmayıb»
«Tərtər bələdiyyəsində dotasiyaların 90 faizi bələdiyyələrin özünə çatmayıb»

Bələdiyyələrin yaradılmasından 8 il ötür.


«Gün səhər» qəzetindəki «Bələdiyyələrin pulunu YAP xərcləyir» başlıqlı məqalə də bu mövzudadır.


«Bəzi rayon icra hakimiyyətləri öz ərazilərində kiçik bələdiyyələr yaratmaqla, büdcədən özünüidarəetmə orqanlarına ayrılan dotasiyalara şərik çıxmaq istəyir. Bunun nəticəsində son üç ildə ölkədəki bələdiyyələrin sayı 1442-dən 1620-yə yüksəlib. Yeni yaradılan bələdiyyələr arasında əhalisinin sayı 50, hətta 33 nəfər olan yaşayış məntəqələri də var».


Bu fikir dekabrın 14-də İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin təşəbbüsü ilə «Bələdiyyələrin səlahiyyətləri: məhdudluq, yoxsa qeyri-müəyyənlik problemləri» mövzusunda keçirilən müzakirələrdə səslənib.


«Demokratiyanı Öyrənmə» Təşkilatının rəhbəri Mirəli Hüseynov yerli özünüidarəetmə orqanlarının icra hakimiyyətlərinin təsiri altından çıxarılmasını vacib sayır. Çünki, Azərbaycanda bələdiyyə institutunun inkişafına mənfi təsir göstərən amillər sırasında bu məsələ ilk yeri tutur. Bu yaxınlarda Bərdə və Tərtərdə bələdiyyələr üçün treninqlər keçirildiyini xatırladan M.Hüseynov orada maraqlı bir vəziyyətlə qarşılaşıb:


«Dövlət büdcəsindən dotasiya ayrılıb. Tərtər bələdiyyəsində həmin dotasiyaların 90 faizi bələdiyyələrin özünə çatmayıb. Həmin vəsaitlər müxtəlif yollarla icra hakimiyyəti tərəfindən mənimsənilib. Bərdəyə cəmisi 930 manat dotasiya ayrılıb. Bu vəsaitin 200 manatı Bərdədəki Futbol Klubuna. 200 manatı YAP-a, bir hissəsi də başqa işlərə sərf olunub. Bu vəsaitdən rayon bələdiyyəsinin əlinə cəmi 130 manat çatıb. Çox təəssüf ki, Azərbaycan bələdiyyəsinin real vəziyyəti belədir».




«Mərkəz» qəzeti Demokratiya və İnsan Haqları Komitəsinin (DİHK) sədri Çingiz Qənizadə ilə müsahibə dərc edib.


Ç.Qənizadə dövlət tərəfindən dəstək və qayğının olmamasından gileylənir:


«Düzdür, respublika prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında əsasnamə təsdiq edilib və layihələrə dövlət tərəfindən müəyyən maliyyə dəstəyi olacaq.


Ancaq düşünürəm ki, dövlətin ayırdığı 1.5 milyon manat olduqca azdır. Bəzən belə bir fikir formalaşır ki, guya Şura QHT-lərə pul paylayacaq. Əslində isə, beynəlxalq təşkilatlara təqdim edilən layihələrin biri də bu quruma veriləcək və Şura müzakirə edib qiymətləndirəcək».


Təşkilat rəhbəri bir sıra sahələrdə, məsələn, kirayə haqqının, kommunal xərclərin ödənilməsində üçüncü sektora güzəştli limitin tətbiqinin vacibliyini vurğulayır:


«Hamı evində oturub iş görür. Cəmi 5-10 QHT-nin ofisi var. Azərbaycanda bu qədər bina inşa edilir. Dövlət 300-400 otağı olan hündürmərtəbəli bir bina inşa edib, aşağı qiymətlə QHT-lərə icarəyə versə, yaxşı olardı».


DİHK sədrinin fikrincə, üçüncü sektorun inkişafı üçün kommunal ödəmələrlə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər olmalıdır:


«Enerjidaşıyıcılar, qaz, su və s. kommunal xidmət haqlarını milyonlar qazanan təşkilatlarla eyni şəkildə ödəyirik. Axı, biz qeyri-kommersiya təşkilatıyıq. Bu gün mağaza açıb, ayda 5-6 min dollar qazanan kommersiya təşkilatı ilə QHT-nin kommunal xərci eyni səviyyədə ödəməsi nə dərəcədə düzgündür? Bu məsələ bir dəfə müzakirə olundu. Amma güzəşt verilmədi. Çox istərdik ki, hökumət buna münasibət bildirsin...».


XS
SM
MD
LG