Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:03

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılır


Hər il QHT-lərə dəstək məqsədi ilə dövlət büdcəsindən vəsait ayrılacaq
Hər il QHT-lərə dəstək məqsədi ilə dövlət büdcəsindən vəsait ayrılacaq

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılır. Bunun üçün dövlət başçısı dekabrın 13-də fərman imzalayıb.


Nazirlər Kabinetinə tapşırılıb ki, şuranın və onun katibliyinin fəaliyyətinin təşkili üçün müvafiq yerin ayrılması və maddi-texniki təminatı məsələlərini həll etsin.


Şuranın əsasnaməsində göstərilir ki, hər il QHT-lərə dəstək məqsədi ilə dövlət büdcəsindən vəsait ayrılacaq.


«Şuranın əsas məqsədi vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olmaqdan, ictimai əhəmiyyətli problemlərin həllində qeyri-hökumət təşkilatlarının rolunu artırmaqdan ibarətdir».


XS
SM
MD
LG