Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:03

Naxçıvandan gələn avtobusların sayı azaldılıb


Nəzərdə tutulurdu ki, Naxçıvandan Bakıya və əks marşrutla hər gün 2 avtobus yollanacaq
Nəzərdə tutulurdu ki, Naxçıvandan Bakıya və əks marşrutla hər gün 2 avtobus yollanacaq

İndi avtobuslar 3 gündən bir yola çıxır. Muxtar Respublikanın Nəqliyyat departamentindən bildiriblər ki, reyslərin azalması sərnişinlərin azlığı ilə əlaqədardır.


İrandan keçməklə Naxçıvandan Biləsuvara avtobus marşrutu sentyabrın 7-dən açılıb.


Əvvəllər nəzərdə tutulurdu ki, Naxçıvandan Bakıya və əks marşrutla hər gün 2 avtobus yollanacaq.


Naxçıvanla Bakını əlaqələndirən digər nəqliyyat vasitəsi təyyarələrin uçuşunda isə yubanma yaranıb. Dekabrın 12-nin 5, 13-nün isə bütün reysləri havanın dumanlı olması səbəbindən yubanır.


Aeroportun hava bürosundan verilən məlumata görə, uçuşlar bərpa ediləcək. Amma Hidrometereolji proqnozlar bürosu ayın sonuna kimi ara-sıra bu cür çiskinli-dumanlı hava şəraitinin olacağını proqnozlaşdırır.


XS
SM
MD
LG