Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:50

Anar Əliyev və Valeri Suleymanyan geri qaytarılıb


Dekabrın 12-də Ağdam rayonu ərazisində Ermənistan tərəfi Anar Əliyevi, Azərbaycan tərəfi isə Valeri Suleymanyanı azad edib. Bu barədə «Azadlıq» radiosuna Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Salıyev məlumat verib. Onun sözlərinə görə, bu, dəyişdirilmə deyil. Sadəcə, erməni tərəfi Qırmızı Xaç Təşkilatının vasitəçiliyi ilə Anar Əliyevi geri qaytarmağa razı olub. Azərbaycan da sərhədin açılmasından istifadə edərək Valeri Suleymanyanı təhvil verib.


Əsirlərin hər ikisi mülki şəxslərdir. Anar Əliyev avqustun 2-də Ağdərə istiqamətində əsir düşüb. Valeri Suleymanyan isə bu ilin mayında Qarabağın cənubunda əsir düşüb.


Hazırda Azərbaycanda bir erməni, Ermənistanda isə bir azərbaycanlı hərbi əsir saxlanır.


XS
SM
MD
LG