Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:53

«Azadlıq» radiosunun müxbiri azadlığa buraxılıb


Naxçıvan Ali Məhkəməsi şəhər məhkəməsinin onun üç aylıq həbsi barədə qərarını ləğv edib
Naxçıvan Ali Məhkəməsi şəhər məhkəməsinin onun üç aylıq həbsi barədə qərarını ləğv edib

«Azadlıq» radiosunun əməkdaşı İlqar Nəsibov azadlığa buraxılıb. Dekabrın 10-da Naxçıvan Ali Məhkəməsi şəhər məhkəməsinin onun üç aylıq həbsi barədə qərarını ləğv edib. Hakim onun haqqında böhtan iddiası ilə məhkəməyə müraciət etmiş Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Səbuhi Novruzovun iddiasını geri götürdüyünü, şəhər məhkəməsinin qərarından verilən apellyasiya şikayətini nəzərə alaraq bu iş üzrə icraata xitam verib.


Naxçıvan Şəhər Məhkəməsi dekabrın 6-da İlqar Nəsibova qarşı böhtan ittihamı ilə iddiaya baxaraq onun üç aylığa azadlıqdan məhrum edilməsi barədə qərar çıxarmışdı. Məhkəmənin bu qərarından sonra «Azadlıq» radiosunun prezidenti müxbirə qarşı bu iddiaları əsassız adlandıraraq dərhal onun buraxılmasını tələb etmişdi. ABŞ Dövlət Departamenti, Avropa Şurasının baş katibi, Norveçin Azərbaycandakı səfirliyi, Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi, «Sərhədsiz Reportyorlar» təşkilatı və başqa beynəlxalq hüquq-müdafiə təşkilatları da dərhal müxbirin azad olunmasını istəmişdilər.


Müxbirin həbsindən sonra radio onun azad edilməsi üçün Muxtar Respublikanın rəhbərliyinə müraciət edib. Oradan isə bildirilmişdi ki, İlqar Nəsibovun «Azadlıq» radiosunun əməkdaşı olması barədə onlarda məlumat olmayıb. Muxtar Respublikanın rəhbərliyinin verdiyi məlumata görə, müvafiq müraciətdən sonra isə onlar müxbirlə bağlı proseslərə müdaxilə edib və onun azadlığa buraxılmasına səy göstəriblər.


Amma İlqar Nəsibov hazırda azadlıqda olsa da, məhkəmə başqa bir iddia üzrə onun bir il müddətinə şərti cəza ilə cəzalandırılması barədə qərar çıxarıb. Belə ki, dekabrın 6-da onun evindən müsadirə edilmiş kompyuterdən hansısa məqalə tapılıb. Həmin məqalədə isə başqalarına böhtan atılıb. Hakimin qərarına görə, İlqar Nəsibov bu işdə günahkardır və o, böhtana görə, 1 il müddətinə şərti cəzaya məhkum edilib.


Jurnalist bu iddianı da qəbul etmir və apellyasiya şikayəti verəcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG