Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 10:07

Avropa Şurası «Azadlıq» radiosunun əməkdaşının həbsindən narahatdır


«Avropa Şurası jurnalistin həbsindən narahatdır»
«Avropa Şurası jurnalistin həbsindən narahatdır»

Avropa Şurası «Azadlıq» radiosunun Naxçıvan müxbiri İlqar Nəsibovun həbsindən narahatdır. Bunu Avropa Şurası Baş Katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia deyir. Onun sözlərinə görə, qurumun baş katibi Terri Devis də hökumətlə görüşlərində media problemlərini qaldırıb.


«Avropa Şurası bu hadisədən narahatdır. Biz ümid etmək istəyirik ki, «Azadlıq» radiosu müxbirinin məhkəməyə xəbərsiz çağırılması, hüquqi təmsilçiliyi olmadan haqqında qərar çıxarılması barədə bizdə olan məlumat həqiqətə uyğun deyil. Hər kəs qanunauyğun şəkildə məhkəmə qarşısında cavab verməlidir».


Naxçıvan Şəhər Məhkəməsi İlqar Nəsibovun 3 aylığa həbs olunması barədə qərar çıxarıb.


Şəhər Polis İdarəsinin rəisi jurnalistin ona böhtan atdığını bildirib.


Nüfuzlu beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistin azad olunmasını tələb edirlər.


XS
SM
MD
LG