Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:31

«Əgər Yeni İlə qədər lazımi addımlar atılmasa, AŞ özü addımlar atacaq»


Herkel AŞPA-nın siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin ediləcəyini istisna etməyib
Herkel AŞPA-nın siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin ediləcəyini istisna etməyib

«Jurnalistlərin həbsi Azərbaycanın beynəlxalq nüfuzuna ziddir və vəziyyəti dəyişmək üçün ölkə rəhbərliyi təcili addımlar atmaq üzərində düşünməlidir». Bunu Avropa Şurasının (AŞ) Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkel dekabrın 9-da Bakıda bəyan edib.


Onun sözlərinə görə, «Azadlıq» radiosunun müxbirinin də həbsindən sonra Azərbaycanda jurnalistlərə qarşı təqib və təzyiqlər ən kritik həddə yetişib.


«Azadlıq» radiosunun müxbirinin həbsindən sonra Azərbaycanda jurnalistlərə qarşı təqib və təzyiqlər ən kritik həddə yetişib»

AŞ baş verənlərdən narahatdır. Həmməruzəçi xəbərdarlıq edir ki, yanvar ayına qədər bu sahədə müvafiq tədbirlər görülməzsə, o zaman AŞ özü Azərbaycan haqqında lazımi qərarlar çıxarmalı olacaq.


«Çox ciddi demək istəyirəm ki, əgər Azərbaycan jurnalistlər və siyasi məhbuslarla bağlı problemi həll etməsə və vəziyyət belə davam etsə, onda təəssüf ki, sizin ölkə üçün Avropa Şurasında çox böyük təşkilati problemlər yaranacaq. Əgər Yeni İlə qədər lazımi addımlar atılmasa, Avropa Şurası özü addımlar atacaq».


Cənab Herkel xatırladır ki, Azərbaycan özü AŞ-yə üzv olarkən media azadlığı və insan hüquqları ilə bağlı öhdəliklər götürüb, indi isə onları kobud şəkildə pozur. Belə ki, jurnalistlərin həbsi təkcə onların yaxınlarına deyil, eləcə də mediaya mənfi təsir edir və ölkədəki seçkiöncəsi vəziyyət üçün arzuolunmaz mühit yaradır»


Herkel vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda baş verənləri də ciddi izləyir.


Həmməruzəçi dəyişiklik baş verməyəcəyi təqdirdə, AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə ayrıca xüsusi məruzəçisinin təyin ediləcəyini istisna etməyib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG