ABŞ Dövlət Departamenti baş verənləri Azərbaycanda media azadlığı ilə bağlı vəziyyətin pisləşməsinin daha bir nümunəsi adlandırıb:
«Biz «Azad Avropa/Azadlıq» radiolarının müxbiri İlqar Nəsibovun Naxçıvanda həbsindən dərin narahatlıq keçiririk. Peşəkar və obyektiv media təşkilatının nümayəndəsinə qarşı bu cür hərəkət Azərbaycanda media azadlığı ilə bağlı vəziyyətin pisləşməsinin daha bir göstəricisidir. Rəsmilərin media azadlığına hələ də hörmət bəsləməməyi Azərbaycanın insan haqları və demokratik islahatlara dair öhdəliklərilə bir araya sığmır».
ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini jurnalistlərin həbsi ilə bağlı bu və digər hallara yenidən baxmaq üçün təcili ölçülər götürməyə çağırır:
«Biz Azərbaycan hökumətini söz azadlığı və qanunun aliliyinə hörmətə dair götürdüyü öhdəliklərə tam riayət etməyə çağırırıq».