Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:45

İlqar Nəsibovun yeri məlum oldu


İlqar Nəsibov dekabrın 6-da 3 aylığa həbs olunub
İlqar Nəsibov dekabrın 6-da 3 aylığa həbs olunub

Axşam saatlarında İlqar Nəsibovun saxlandığı yer aşkar olunub. Bu, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisindəki müvəqqəti saxlanma təcridxanasıdır.


Bu barədə jurnalistin həyat yoldaşı, «Azadlıq» radiosunun müxbiri Məlahət Nəsibova məlumat verib.


Bundan əvvəl isə «Azadlıq» radiosu əməkdaşının harada saxlandığı məlum deyildi.


İlqar Nəsibov dekabrın 6-da Naxçıvan şəhər Məhkəməsinin qərarı ilə 3 aylığa həbs olunub.


Dekabrın 6-sı axşam polis Naxçıvandakı Demokratiya və Qeyri-Hökumət Təşkilatlarının İnkişaf üzrə Resurs Mərkəzinin qapılarını sındırıb, avadanlıqları götürüb.


Dekabrın 7-si səhər isə Naxçıvanda daha 3 jurnalist saxlanıb.


Bunlar «Azadlıq» radiosunun digər əməkdaşı Məlahət Nəsibova, «Azadlıq» qəzetinin müxbiri Məhəmməd Rzayev və «Bizim yol» qəzetinin müxbiri Elman Abbasov olub. Saxlanan jurnalistlərdən ikisi dindirildikdən sonra buraxılıb. «Bizim yol» qəzetinin müxbiri isə hələ də Naxçıvan Daxili İşlər Nazirliyindədir.



«Azad Avropa/Azadlıq» radiolarının prezidenti Ceffri Qedmin deyir ki, «Azərbaycanda jurnalistlərə qarşı polis kampaniyasının artması həyəcanlı tendensiyadır. «Azad Avropa/Azadlıq» radioları Məlahət və İlqar Nəsibovların, Azərbaycanda bütün müstəqil səslərin təhlükəsizliyindən narahatdır».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG