Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:22

Azərbaycanda həbs edilən jurnalistlərin sayı 10-a çatdı


Azərbaycanda həbs olunmuş jurnalistlərin sayı artmaqdadır
Azərbaycanda həbs olunmuş jurnalistlərin sayı artmaqdadır

«Azadlıq» radiosunun Naxçıvanda işləyən əməkdaşı İlqar Nəsibov həbs edilməsi xəbəri ölkənin əksər qəzetlərinin ön səhifəsində yer alıb.


«Bizim Yol» yazır ki, bununla da Azərbaycanda həbsdə olan jurnalistlərin sayı 10-a çatdı.


«Gün səhər» in manşeti belədir: «Hakimiyyət dünyaya meydan oxudu. «Azadlıq» radiosunun müxbiri həbs edildi, jurnalistlərin mitinq istəyi isə ələ salındı. Məhbus jurnalistlərin sayını 10-a çatdırmaqla Azərbaycan dünya «lider»liyinə doğru dırmanır».


«Azadlıq» qəzeti yazır: «Azadlıq» radiosunun müxbiri həbs edildi. Azərbaycan hakimiyyəti dünyaya meydan oxuyur».


«Ayna» Azərbaycanda həbs olunmuş jurnalistlərin sayı artdığını bildirir.


«Yeni Müsavat» da İlqar Nəsibovun həbsi ilə bağlı informasiya verib. Qəzet daha sonra jurnalistlərin baş tutmayan aksiyasına münasibət bildirib: «Hakimiyyət jurnalistləri Bayıla göndərmək istədi». Aksiya təşkilatçıları bütün hallarda meriyanın cavabını mitinqi pozmaq cəhdi kimi qiymətləndiriblər.


«Azadlıq» radiosunun Naxçıvanda işləyən əməkdaşı İlqar Nəsibov həbs edilib. Naxçıvan Şəhər Məhkəməsi onun 3 aylığa həbs olunması barədə qərar çıxarıb.


XS
SM
MD
LG