Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:57

İnsanovun Əhmədova qarşı apellyasiya şikayəti təxirə salınıb


Sabiq Səhiyyə naziri Əli İnsanovun YAP-ın sədr müavini Əli Əhmədova qarşı dekabrın 6-na təyin olunmuş apellyasiya şikayəti təxirə salınıb. İddiaya səbəb Əhmədovun «Azərbaycan» qəzetində dərc olunmuş «Əli İnsanov Heydər Əliyev yoluna xəyanət edib» sərlövhəli məqaləsidir. Sabiq nazir Əli Əhmədovu onun şərəf və ləyaqətini təhqir etməkdə günahlandırır.


Səbail Rayon Məhkəməsi İnsanovun iddiasını təmin etməyib. Bu qərardan narazı olan keçmiş nazirin vəkilləri apellyasiya şikayəti veriblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG