Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 22:29

İstintaqın hərəkətlərindən verilən şikayət də təmin olunmadı


Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid noyabrın 11-də iki aylığa həbs olunub
Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid noyabrın 11-də iki aylığa həbs olunub

Dekabrın 6-da Yasamal Rayon Məhkəməsi «Azadlıq» qəzetinin həbsdəki baş redaktoru Qənimət Zahidin şikayətinə baxıb. Zahidin vəkili Elçin Sadıqov istintaqın qanunsuz hərəkətlərindən şikayət etdiklərini, istintaqın birtərəfli aparılması barədə kifayət qədər sübutları olduğunu deyir: «Biz müstəntiqin qanunsuz hərəkətlərindən şikayət etmişdik. Amma məhkəmə şikayətimizi təmin etmədi».


Vəkil deyir ki, məhkəmənin bu qərarından da apellyasiya şikayəti verəcəklər.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid noyabrın 11-də iki aylığa həbs olunub. Ona qarşı xuliqanlıq və az ağır xəsarət yetirmə ittihamları irəli sürülüb. Baş redaktorun həbs-qətimkan tədbirinin dəyişdirilməsi və girov müqabilində azadlığa buraxılması barədə şikayətləri də təmin edilməyib.


XS
SM
MD
LG