Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:18

«Sərhədlərin bölüşdürülməsi ilə bağlı ekspertlərin görüşü olacaq»


Yaxın vaxtlarda Rusiya ilə Azərbaycan öz aralarında sərhədlərin bölüşdürülməsi ilə bağlı ekspertlərin görüşünü keçirəcəklər. Bu barədə Rusiyanın Bakıdakı səfiri Vasili İstratov məlumat verib.


Hazırda ölkələr arasında üç sərhəd sahəsi ilə bağlı mübahisə mövcuddur. Bunlar əsasən, Samur çayı ətrafı, Gürcüstan-Rusiya-Azərbaycan sərhəd kəsişməsi və Xəzər dənizi ilə bağlıdır.


Səfir onu da bildirib ki, Bakı ilə Moskva əmək miqrasiyası və telekanalların qarşılıqlı şəkildə yayılması problemlərini də ilin sonuna kimi həll etməyə çalışacaqlar. Əsas fikir ayrılıqları texniki detallar və qanunvericilik bazası ilə bağlıdır.


Rusiya 2008-ci ildə ölkəyə daxil olacaq miqrantların sayını məhdudlaşdırmağa qərar verib. İstratovun sözlərinə görə, hələlik Azərbaycandan olan miqrantlar üçün ayrılacaq kvota müəyyənləşməyib.


XS
SM
MD
LG