Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 06:32

Azərbaycan Milli Ordusunun əsgəri həlak olub


İl ərzində atəşkəsin pozulması və digər bədbəxt hadisələr nəticəsində 45 əsgər və zabit həlak olub
İl ərzində atəşkəsin pozulması və digər bədbəxt hadisələr nəticəsində 45 əsgər və zabit həlak olub
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun əsgəri həlak olub. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən «Trend»ə bildiriblər ki, dekabrın 4-də axşam saatlarında Tərtər istiqamətində baş verən atışma zamanı 19 yaşlı Asif Yaşar oğlu Cəfərov həlak olub.

Bu il ərzində atəşkəsin pozulması və digər bədbəxt hadisələr nəticəsində Azərbaycan Milli Ordusunun 45 əsgər və zabiti həlak olub.


Cəfərov Dəvəçi Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdı.


«Trend»in bölgə müxbirinin məlumatına görə, A.Cəfərovun cənazəsi dekabrın 5-də günorta saatlarında yaşadığı Dəvəçi rayonuna gətirilib.


XS
SM
MD
LG