Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:53

40 nəfər saxlanıb


Milli Təhlükəsizlik Nazirliyi (MTN) İranla Azərbaycan arasında narkotik qaçaqmalçılığı ilə məşğul olan iki qrupu zərərsizləşdirib.


Nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir ki, noyabr ayında yaxalanan mütəşəkkil dəstələrdən odlu silah və külli miqdarda narkotik maddələr götürülüb.


Saxlanılanların ümumi sayı 40 nəfərə yaxındır. Onlar Azərbaycan və İran İslam Respublikasının vətəndaşlarıdır, aralarında bir Gürcüstan vətəndaşı da var.


Saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


XS
SM
MD
LG