Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 02:08

Bələdiyyə sədri rüşvət alarkən həbs edilib


Faktla bağlı cinayət işi açılıb. İstintaqı Baş Prokurorluq aparır
Faktla bağlı cinayət işi açılıb. İstintaqı Baş Prokurorluq aparır

Bakının Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbə bələdiyyəsinin sədri Məcnun Əliyev, həmçinin bələdiyyənin əməkdaşları Aydın İsmayılov və Nizami Əzizov saxlanılıb.


Əməliyyatı Respublika Prokurorluğu yanında Korrupsiya ilə Mübarizə İdarəsi və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları həyata keçiriblər.


Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev «Azadlıq» radiosuna adı çəkilən şəxslərin cinayət başında yaxalandığını bildirib. Belə ki, bələdiyyə sədri torpaq sahəsi ayrılması müqabilində bir nəfərdən külli miqdarda rüşvət alarkən həbs edilib.


Faktla bağlı cinayət işi açılıb. İstintaqı Baş Prokurorluq aparır.


XS
SM
MD
LG