Keçid linkləri

Təcili xəbərlər
2020, 06 İyun, şənbə, Bakı vaxtı 16:13

Təbrizdə yenidən zəlzələ olub


Son iki günün zəlzələlərində insan tələfatının olmadığını bildirir

Təbrizdə dekabrın 1-i gecə saatlarında baş verən 3,9 və 4,6 bal gücündə iki zəlzələdən sonra dekabrın 2-si səhər saatlarında yenidən zəlzələ olub. Yeraltı təkanların gücü 3,7 bal və günortaya yaxın isə 3,8 bal təşkil edib.


Təbrizdən verilən xəbərə görə zəlzələlər şəhər əhalisinin həyəcanına səbəb olub. Yerli media dekabrın 1-i və 2-də zəlzələlərin ayrı-ayrı vaxtlarda 8 dəfə təkrarlandığını yazır.


Şəhər sakinləri ev və iş yerlərini tərk edib, binalardan uzaqda çadır qurmağa başlayıblar. Yollarda tıxaclar yaranıb. Qar yağması ilə müşahidə edilən soyuq hava şəraiti əhalini çıxılmaz vəziyyətə salıb.


İRNA xəbər agentliyi Təbriz və onun ətrafında baş verən son iki günün zəlzələlərində insan tələfatının olmadığını bildirir.


Təbrizdən bildirirlər ki, yeraltı təkanlar nəticəsində bir çox yaşayış binalarına ziyan dəyib.


Dekabrın 1-i Təbrizdə baş verən zəlzələnin episentri şəhərin iki kilometrliyində yerləşən Əhər yolu üzərinə düşüb.


XS
SM
MD
LG