Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:01

Dövlət qurumları ilə KİV arasında əməkdaşlığa dair sənəd hazırlanır


«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev
«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev

Dövlət qurumları ilə KİV arasında əməkdaşlığa dair sənədin hazırlanması üçün ATƏT-lə birgə ekspert qrupu yaradılıb. Bu barədə Azadlıq radiosuna XİN sözçüsü Xəzər İbrahim deyib.


«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev xəbəri təsdiqləyib. Onun sözlərinə görə, təşəbbüs ATƏT-dən gəlib. Məqsəd dövlət orqanlarından informasiya əldə etmək prosesini asanlaşdırmaq üçün mexanizm yaratmaqdır.


Ekspert qrupuna bir sıra dövlət orqanlarının mətbuat xidmətlərinin təmsilçiləri də daxildir. Bu ay ekspert qrupunun iki iclası keçirilib.


Noyabrın 29-da Madriddə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti ilə görüşdə isə Azərbaycanda mətbuatın vəziyyəti, ATƏT-lə bu sahədə əməkdaşlığı müzakirə olunub. Xəzər İbrahimin sözlərinə görə, danışıqlarda hansısa problem deyil, Azərbaycanda medianın daha da inkişafı, peşəkarlığın artırılması müzakirə edilib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG