«Azərbaycanın NATO-ya üzvlüyü məsələsi gündəlikdə deyil». Müdafiə naziri Səfər Əbiyev noyabrın 27-də Astanada MDB ölkələrinin sammitində belə deyib:
«Müdafiə naziri kimi bəyan edirəm ki, Azərbaycanın NATO ilə əməkdaşlığı davam edir. Amma Azərbaycanın NATO-ya can atması, üzv olması barədə hələ söhbət getmir».
Qarabağ münaqişəsinə də toxunan nazir müharibə ehtimalının qaldığını deyib: «Nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır, müharibə ehtimalı az qala, 100 faizdir».
Ermənistanın Müdafiə naziri Mikayıl Arutyunyan Səfər Əbiyevin çıxışını şərh edərkən deyib ki, belə danışmaq Müdafiə nazirinin işi deyil. Çünki, Azərbaycanla Ermənistanın prezidentləri indi sülh danışıqları aparırlar.