Keçid linkləri

2025, 08 İyul, çərşənbə axşamı, Bakı vaxtı 03:56

Rusiyanın Müdafiə naziri Qəbələ RLS-ə səfər etməyi planlaşdırır


Rusiyanın Müdafiə naziri Anatoli Serdyukov, 15 fevral 2007
Rusiyanın Müdafiə naziri Anatoli Serdyukov, 15 fevral 2007
«Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında əlaqələr kifayət qədər aktivdir». Bunu Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib.

Rusiyanın Müdafiə naziri Anatoli Serdyukovun Bakıya başlanan səfərini şərh edən səfir, keçən il sabiq Müdafiə naziri Sergey İvanovun Azərbaycana səfər etdiyini xatırladıb:


«Ümidvaram ki, bu əlaqələr gələcəkdə də inkişaf edəcək. İki ölkənin müdafiə strukturları arasında əlaqələr mütəmadi və qarşılıqlı xarakter daşıyır».


Anatoli Serdyukovun səfər proqramını açıqlamayan səfir onun Qəbələ RLS-ə səfərinin hava şəraitindən asılı olduğunu bildirib. / APA /


XS
SM
MD
LG