Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:13

«Yarım ildən sonra İçərişəhər yalnız piyadalar üçün açıq olacaq»


«Yarım ildən sonra İçərişəhər yalnız piyadalar üçün açıq olacaq. Yeni qaydaların tətbiqi ilə şəhər bütün avtomobillərin girişi üçün bağlanacaq».


Bu barədə «Azadlıq» radiosuna İçərişəhər Dövlət Tarix Memarlıq İdarəsinin rəisi Kamran İmanov məlumat verib. O, xatırladıb ki, hazırda İçərişəhərə avtomobillərin girişi məhdudlaşdırılıb. Hazırda qoruğa xüsusi icazə ilə yalnız 1300 maşın daxil olmaq hüququ qazanıb. Onlar sakinlərə və şəhərdə fəaliyyət göstərən idarələrin işçilərinə məxsusdur.


Kamran İmanov: «Təklif etmişik ki, İçərişəhərin ətrafında avtomobil dayanacaqları düzəldilsin. Hazırda bu məsələlərə baxılır və bu ilin 10 ayı ərzində şəhərə girənlərin sayı 7 dəfə azaldılıb».


XS
SM
MD
LG