Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:06

«Yaxın Şərq sülh konfransı İsrail-Fələstin probleminin həlli istiqamətində vacib mərhələdir»


Bakı düşünür ki, ABŞ-ın Annapolis şəhərində çağırılmış Yaxın Şərq sülh


konfransı İsrail-Fələstin probleminin həlli istiqamətində vacib mərhələdir. Xarici İşlər Nazirliyinin əməkdaşı Xəzər İbrahim belə deyir. Onun fikrincə, Yaxın Şərq probleminin həllinə töhfə üçün təşkil olunan hər hansı tədbir təqdirəlayiqdir.


Annapolis konfransı noyabrın 27-də başlayacaq. İsrailin Bakıdakı səfirliyinin yaydığı press-relizdə isə bildirilir ki, tədbirə 40-dan artıq ölkə və təşkilat lideri qatılacaq. Səfirlik hesab edir ki, bu toplantı münaqişənin sülh yolu ilə həlli ətrafında yeni bir mərhələnin başlanmasını nəzərdə tutur: «Bu sammit İsrail və fələstinlilərin intensiv dialoq qurmasında və sonda sülhə imkan verəcək məsələlər ətrafında razılıq əldə etməsində böyük rol oynayacaq».


XS
SM
MD
LG