Azərbaycan təklif edib ki, enerji istehsal edən ölkələr BMT çərçivəsində şəffaflıq təşəbbüsünə qoşulsunlar. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim ənənəvi mətbuat konfransında məlumat verib.
Sentyabrda BMT-nin 62-ci sessiyasında Xarici İşlər naziri Elmar Məmmədyarov «İstehsal edən sənayelərdə şəffaflıq təşəbbüsü» adlı qətnamə layihəsi irəli sürüb.
Gələn həftə Nyu-Yorkda Azərbaycan nümayəndələrinin də iştirakı ilə məsələ ətrafında müzakirə aparılacaq.
XİN rəsmisi vurğulayıb ki, Bakı bu qətnamənin qəbulu üçün bir çox ölkələrlə danışıq aparır.