Noyabrın 25-də Cənubi Afrika Respublikasının Durban şəhərində futbol üzrə 2010-cu il Dünya Çempionatının (DÇ) püşkü atılıb. Azərbaycan yığmasının bəxtinə bu rəqiblər düşüb: Almaniya, Rusiya, Finlandiya, Uels, Lixtenşteyn.
Seçmə mərhələ oyunları 2008-ci ilin avqustunda başlayacaq.
Ümumiyyətlə, Avropada 53 komanda 9 qrupa bölünüb. Qrup qalibləri DÇ-nin final turnirinə birbaşa vəsiqə qazanacaqlar. Qruplarda 2-ci yeri tutanlar arasında ən yaxşı nəticə göstərmiş 8 komanda «play-off» mərhələsində mübarizə apararaq, daha dörd vəsiqənin sahibini müəyyənləşdirəcək.
Azərbaycanın yığma komandası 4-cü seçmə qrupa düşüb.
1-Cİ QRUP: Portuqaliya, İsveç, Danimarka, Macarıstan, Albaniya, Malta
2-Cİ QRUP: Yunanıstan, İsrail, İsveçrə, Moldova, Latviya, Lüksemburq
3-CÜ QRUP: Çexiya, Polşa, Şimali İrlandiya, Slovakiya, Sloveniya, San-Marino
4-CÜ QRUP: Almaniya, Rusiya, Finlandiya, Uels, Azərbaycan, Lixtenşteyn
5-Cİ QRUP: İspaniya, Türkiyə, Belçika, Bosniya və Herseqovina, Ermənistan, Estoniya
6-CI QRUP: Xorvatiya, İngiltərə, Ukrayna, Belarus, Qazaxıstan, Andorra
7-Cİ QRUP: Fransa, Rumıniya, Serbiya, Litva, Avstriya, Farer Adaları
8-Cİ QRUP: İtaliya, Bolqarıstan, İrlandiya, Kipr, Gürcüstan, Çernoqoriya
9-CU QRUP: Hollandiya, Şotlandiya, Norveç, Makedoniya, İslandiya