Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 09:12

Güllələnən iş adamı vəfat edib


Faktla əlaqədar hələlik şübhəli şəxs qismində heç kim saxlanılmayıb
Faktla əlaqədar hələlik şübhəli şəxs qismində heç kim saxlanılmayıb

Noyabrın 25-i axşam saatlarından Nərimanov rayonu, Həsən Əliyev küçəsindəki «Tonqal» restoranı qarşısında güllələnən Rusiyada yaşayan iş adamı 47 yaşlı Raquf Rüstəmov ölüb.


Xəbər verdirilir ki, Raquf Rüstəmov restoranda iki yoldaşı ilə yeyib-içdikdən sonra çıxıb maşınına minərkən naməlum silahlı ona hücum edib. 4 güllə yarası alan Raquf Rüstəmov 1 saylı təcili tibbi yardım xəstəxanasına çatdırsalar da, aldığı güllə yaraları ağır olduğundan onu xilas etmək mümkün olmayıb.


Hadisə yerinə gələn Nərimanov Rayon Prokurorunun müavini Cavid Quliyevin ANS-ə verdiyi məlumata görə, hadisə ilə bağlı rayon prokurorluğunda cinayət işi açılıb. Müavinin sözlərinə görə, əvvəllər də onun həyatına sui-qəsd edildiyi barədə məlumatlar var.


Faktla əlaqədar hələlik şübhəli şəxs qismində heç kim saxlanılmayıb və qətlin motivi də hələ məlum deyil. Hadisə vaxtı Raquf Rüstəmovun yanında olan şəxslərin kimliyinin dəqiqləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.


XS
SM
MD
LG