Keçid linkləri

2025, 25 İyun, çərşənbə, Bakı vaxtı 05:56

Avropa Məhkəməsində Ələkrəm Hümmətovun şikayətinə baxılmalıdır


Ə.Hümmətov 1993-cü ildə həbs olunub
Ə.Hümmətov 1993-cü ildə həbs olunub
Noyabrın 29-da Avropa İnsan Haqları Məhkəməsində Ələkrəm Hümmətovun Azərbaycana qarşı şikayətinə baxılmalıdır.

Ə.Hümmətov iddia ərizəsində ona münasibətdə Avropa İnsan Haqları Konvensiyasının 3-cü (qeyri-insani rəftardan qorunmaq), 13-cü (keyfiyyətli müalicə hüququ) və 6-cı maddəsinin 1-ci paraqrafının (ədalətli məhkəmə hüququ) pozulduğunu bildirir.




Ə.Hümmətov 1993-cü ildə Azərbaycanı parçalamaqda, «Talış-Muğan Respublikası» yaratmaqda təqsirli bilinərək, ömürlük həbs cəzası alıb. O, 2004-cü ildə prezidentin fərmanı ilə əfv olunub və Azərbaycandan mühacirət edib.


Hazırda Ə.Hümmətov Hollandiyanın Haaqa şəhərində yaşayır. / APA /


XS
SM
MD
LG