Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:55

«ABŞ Tehranın təbii haqqını qəbul etsin»


İran rəsmisi bildirir ki, ABŞ-ın təzyiqləri məntiqsiz və qeyri-hüquqidir
İran rəsmisi bildirir ki, ABŞ-ın təzyiqləri məntiqsiz və qeyri-hüquqidir

«İranın nüvə proqramı ilə bağlı problemin həlli üçün bir məntiqi yol var: ABŞ Tehranın təbii haqqını qəbul etsin».


Bunu İran İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adeli Bakıda keçirdiyi mətbuat konfransında bildirib. O, deyir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) İranın nüvə fəaliyyətində «silah yaratmaq üçün heç bir yönüm olmadığını» təsdiqləyib:


«Ancaq buna baxmayaraq ABŞ-ın İran əleyhinə təhdidləri davam edir. Bunun adı zor və bəhanə axtarmaqdır. İran xalqı heç vaxt Amerikanın zor sözünü qəbul etməyib. Əgər etsəydi, 29 il bundan qabaq inqilaba getməzdi».


Qulaməli Həddad Adeli bəyan edir ki, İran öz təbii haqqını axıra çatdıracaq.


O, deyir ki, MAQATE-nin son hesabatından sonra İran bu qurumun rəhbəri Əl Baradeyin təqdimatındakı «müsbət çalarları» nəzərə alaraq dialoqların davamına gedir. Gələn həftə İran Təhlükəsizlik Şurasının katibi Cəlali ilə Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı Xaviyer Solana arasında görüş keçiriləcək.


İran rəsmisi bildirir ki, onlar bu danışıqlara nikbin baxdığı halda, ABŞ-ın təzyiqləri məntiqsiz və qeyri-hüquqidir.


Parlament rəhbəri onu da söyləyir ki, neftin dollarla satışına qarşı Tehranın addımları iqtisadi xarakterlidir: «Əgər dünyada bütün alverlər dollarla aparılsa, bu, ABŞ-a şərait yaradacaq ki, hamıya öz təzyiqlərini tətbiq etsin».


İran İslam Respublikası parlamentinin - İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adelin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya noyabrın 23-də gəlib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG