Jurnalistlərə qarşı məhkəmə prosesləri sifarişlidir. Ölkədə azad sözün boğulmasına son qoyulmalıdır. Dalğa Gənclər Hərəkatının noyabrın 23-də keçirdiyi aksiyada bu tələblər səsləndi.
Hərəkat üzvləri ilk olaraq Sahil bağına toplaşaraq, hazırda həbsdə olan jurnalistlərin məhkəmə prosesinin necə aparıldığı haqqında açıq teatr səhnəsi nümayiş etdirdilər.
Aksiyada 40-a yaxın gənc iştirak edirdi. Gənclər hərəkatının sədri Vəfa Cəfərovanın sözlərinə görə bu yeni mübarizə üsuldur.
«Biz artıq dinc aksiyalarda da tutuluruq. Ona görə də açıq hava teatrı verməyə qərara aldıq. Bunla silsilə şəklində olacaq. Ən birinci bizi daha çox narahat edən problem-məhkəmələrin azad olmaması və kiminsə buyruğu ilə hökm çıxarılmasıdır. Bunun da jurnalistlərin son məhkəmələrində bir daha şahidi olduq».
Daha sonra isə aksiya bir vaxtlar «Azadlıq» qəzetinin redaksiyasının yerləşdiyi Xəqani-33 ünvanında davam etdirildi. Gənclər binaya yaxınlaşaraq onun qapısı ağzına atılmış daş plitələr üzərinə həbsdə olan jurnalistlər Qənimət Zahid və Eynulla Fətullayevin şəklini yapışdırdılar.
«Dalğa»nın budəfəki tədbirinə polis müdaxilə etmədi.
![]() | ![]() | ![]() |