Keçid linkləri

2026, 07 Avqust, cümə, Bakı vaxtı 19:20

Hacı Məmmədovun işi üzrə qərar çıxarılması təxirə salınıb

Bakı Apellyasiya Məhkəməsində Hacı Məmmədov və bir qrupp şəxsin işi üzrə qərar çıxarılması noyabrın 28-nə təxirə salınıb. «Turan»ın məlumatına görə, təxirə salmanın səbəbləri ilə bağlı heç bir izahat verilməyib.


Hacı Məmmədov və daha 26 nəfər bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilir. Dəstə 2005-ci ilin martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində zərərsizləşdirilib.


Qrupun məhkəməsi ötən ilin iyulunda başlamışdı. Onlara 2007-ci ilin yanvarında hökm oxunub. Hacı Məmmədov və digər 9 nəfər ömürlük, qalanları isə müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Onlar hökmdən apellyasiya şikayəti veriblər.


XS
SM
MD
LG