14 saylı cəzaçəkmə müəssisəsində saxlanan «Azadlıq» qəzetinin satirik yazarı Sakit Zahidov (Mirzə Sakit) və «Nota bene» qəzetinin redaktoru Fərəməz Allahverdiyev noyabrın 22-dən aclıq aksiyasına başlayıb. Xəbəri «Azadlıq» radiosuna Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun başçısı Emin Hüseynli verib.
Onun sözlərinə görə, məhbus jurnalistlər azad sözə və insan haqlarına basqılara və 14 saylı cəzaçəkmə müəssisəsindəki saxlanma durumlarına etiraz olaraq bu aksiyaya əl atıblar. Onlara 14 saylı cəzaçəkmə müəssisəsinin daha bir məhbusu – Rustaveli Quliyev də qoşulub.
Mirzə Sakit narkotik dövriyyəsinə görə 3 il, Fərəməz Allahverdiyev isə şərəf və ləyaqətin alçaldılmasına görə 2 il yarım azadlıqdan məhrum edilib.