Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:42

Rusiya Azərbaycana şifahi zəmanət verib


«Azərbaycan ümid edir ki, Rusiya Ermənistanın aqressiv siyasətinin güclənməsinə imkan verməyəcək».


Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim «Azadlıq» radiosuna bildirib.


Onun dediyinə görə, Rusiya Azərbaycana şifahi zəmanət verib ki, Gürcüstandan çıxarılaraq Ermənistanda yerləşdirilən rus silah-sursatından Azərbaycana qarşı istifadə olunmayacaq:


«Bizim Rusiya ilə münasibətlərimiz yüksək səviyyədədir və bu məsələ ilə bağlı narahatlıqlarımızı təmaslarımız zamanı çatdırırıq. Rusiya isə bizi həmişə əmin edir ki, həmin əməkdaşlıq və fəaliyyət Azərbaycana qarşı yönəlməyəcək. Ümid edirik ki, belə də olacaq».


XİN rəsmisi onu da xatırladıb ki, Rusiya Minsk Qrupunun həmsədri kimi regiondakı həssaslıqlardan məlumatlıdır.


XS
SM
MD
LG