Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:12

Madriddə Qarabağ danışıqlarını davam etdirmək barədə razılığa gəlinib


Həmsədrlər daha əvvəl Parisdə Vartan Oskanyanla da görüş keçirmişdilər
Həmsədrlər daha əvvəl Parisdə Vartan Oskanyanla da görüş keçirmişdilər

Həmsədrlər noyabrın 20-də Parisdə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşərək, gələn həftə Madriddə Qarabağ danışıqlarını davam etdirmək barədə razılığa gəliblər.


Bu barədə «Azadlıq» radiosuna Xarici İşlər Nazirliyindən məlumat verilib.


ATƏT-in Minsk Qrupunun həmsədrləri daha əvvəl Parisdə Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyanla da belə görüş keçirmişdilər.


Bununla belə, XİN sözçüsü Xəzər İbrahim deyir ki, gələn həftə Madriddə də həmsədrlər nazirlərlə ayrı-ayrılıqda danışıq aparacaqlar. Məmmədyarovla Oskanyanın üzbəüz görüşməsi isə hələlik gündəlikdə durmur.


Cənab Məmmədyarov Madridə noyabrın 27-də yola düşəcək. Məqsəd ATƏT ölkələri Xarici İşlər nazirlərinin illik yığıncağında iştirak etməkdir.


Xəzər İbrahim onu da deyib ki, hazırda danışıqlar mərhələli prinsip üzərində gedir və Azərbaycan öz ərazi bütövlüyünün xaricində heç bir müzakirə aparmır.


Bu günlərdə Vartan Oskanyan bildirmişdi ki, danışıqlar masasında referendum yolu ilə erməni xalqının müqəddəratının təyinini tanıyan sənəd müzakirə edilir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG