Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:25

Hava kəskin dəyişəcək


Noyabrın 21-i axşam saatlarından başlayaraq, 23-ü günortaya qədər Bakı və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin olacağı, şimal küləyinin güclənəcəyi və yağıntı düşəcəyi gözlənir. Ekologiya Nazirliyi Hidrometeoproqnozlar Bürosunun rəhbəri İmran Məmmədovun «Turan»a bildirdiyinə görə, şimal küləyinin sürəti 15-20 m/san-yə, bəzən isə 23 m/san-yə çatacaq.


Həmin müddətdə yağış yağacaq. Havanın temperaturu +8-+10 dərəcə təşkil edəcək. Noyabrın 23-də yağış kəsəcək və külək zəifləyəcək.


XS
SM
MD
LG