Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:49

Bakıda atışma olub. Bir nəfər ölüb, üç nəfər yaralanıb


Son aylar Bakıda ölüm və xəsarətlə nəticələnən bir sıra atışma hadisələri baş verib
Son aylar Bakıda ölüm və xəsarətlə nəticələnən bir sıra atışma hadisələri baş verib

Noyabrın 21-də Bakıda «20-ci sahə» kimi tanınan ərazidə atışma olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov «Azadlıq» radiosuna faktı təsdiqləyib. Onun sözlərinə görə, atışma nəticəsində bir nəfər ölüb, əraziyə nəzarət edən polis isə yaralanıb. Zahidov hadisənin təfərrüatları haqda əlavə məlumat verməyib.



Səbail Rayon Prokurorluğundan «Turan»a verilən məlumata görə isə naməlum şəxs sahə müvəkkilinin məntəqəsinə basqın edərək, polis müfəttişi İmdad Nəzərovu tapancadan açdığı atəşlə yaralayıb. Məntəqədə olan daşınmaz əmlak üzrə makler Müslüm Sadıxovu isə qətlə yetirib.


Sonra naməlum şəxs digər sahə müvəkkili Zakir Sadıxovun mənzilinə gedib, onu və həyat yoldaşını tapancadan açdığı atəşlə yaralayıb. Hazırda basqınçının axtarışı gedir.


Bütün zərərçəkmişlərin vəziyyəti ağırdır. Hadisə yerində ekspertlər və müstəntiqlər işləyir. Hüquq-mühafizə orqanları işçilərinin sözlərinə görə, cinayətə səbəb polis müfəttişi və basqınçı arasında münaqişə olub. Münaqişənin səbəbləri bildirilmir. İş üzrə Cinayət Mcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.



Son aylar Bakıda ölüm və xəsarətlə nəticələnən bir sıra atışma hadisələri baş verib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG