Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 22:41

Fransa Azərbaycan iqtisadiyyatında öz iştirakını artırmaq arzusundadır


Bunu Prezident İlham Əliyevin Fransaya səfəri ilə əlaqədar açıqlama verən Yelisey Sarayının sözçüsü David Martinon bəyan edib.


Prezidentlər noyabrın 20-i axşam saatlarında görüşüblər.


David Martinon deyib ki, İlham Əliyevlə Nikola Sarkozi arasında danışıqlarda bu məsələ və iki ölkənin münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub:


«Azərbaycan özünün karbohidrogen ehtiyatlarının istismarı sayəsində dünyada ən yüksək iqtisadi artım göstəricisinə malikdir. Fransa bu ölkədə, xüsusilə də iqtisadi müstəvidə öz iştirakını artırmaq arzusundadır».


Prezidentlərin görüşündə Azərbaycanla Avropa Birliyi arasındakı münasibətlər və Qarabağ münaqişəsinin nizamlanması perspektivləri də müzakirə edilib.


Fransa Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədridir.


Azərbaycan prezidentinin Fransaya işgüzar səfəri noyabrın 19-da başlayıb. Noyabrın 20-də onu Senatın sədri Kristian Ponsele qəbul edib.


XS
SM
MD
LG