Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:40

«Hər ay İranda 200-ə yaxın Azərbaycan vətəndaşı narkotik üstündə saxlanılır»


İrana qarşı beynəlxalq səviyyədə «narkotik müharibəsi» aparıldığı iddia olunur
İrana qarşı beynəlxalq səviyyədə «narkotik müharibəsi» aparıldığı iddia olunur

«Hər ay İranda 200-ə yaxın Azərbaycan vətəndaşı narkotik qaçaqmalçılığı üstündə yaxalanır və biz onları bağışlayıb geri qaytarırıq». Bunu İranın Bakıdakı səfiri Nasir Həmidi Zare bildirib.


Beynəlxalq təşkilatlar və Azərbaycan rəsmiləri dəfələrlə İranı Azərbaycan üzərindən narkotikin daşındığı ölkələr sırasında təqdim ediblər.


Cənab Zare isə bildirir ki, əksinə, Azərbaycanda yaxalanan İran vətəndaşlarının sayı İranda saxlanılan Azərbaycan vətəndaşlarından qat-qat azdır: «Sadəcə olaraq biz nə onlara qarşı məhkəmə açırıq, nə də bu barədə mətbuata məlumat veririk».


Bununla yanaşı, səfir iddia edir ki, İrana qarşı beynəlxalq səviyyədə «narkotik müharibəsi» aparılır: «Xüsusi ilə də qonşuluqdakı ölkələr tərəfindən minlərlə ton narkotik Qərbə daşınır. Biz isə onlara qarşı mübarizə aparırıq və bu yolda minlərlə şəhid vermişik. Məhz bizim mübarizəmizin nəticəsində Azərbaycan da rahat nəfəs alır».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG