Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:09

«ABŞ İrana girə bilər, amma çıxa bilməyəcək»


«İrana qarşı psixoloji müharibə aparırlar. Mənim onlara yazığım gəlir»
«İrana qarşı psixoloji müharibə aparırlar. Mənim onlara yazığım gəlir»

İranın Bakıdakı səfiri Nasir Həmidi Zare noyabrın 20-də keçirdiyi mətbuat konfransında belə bəyan edib.


Zare deyir ki, ölkəsi təzyiqlərə baxmayaraq, uranın zənginləşməsindən imtina etməyəcək. «Əgər kimlərinsə gözü götürmürsə, qoy partlasınlar».


Bununla belə, səfir iddia edir ki, İranın nüvə planlarından narahatlığa əsas yoxdur. Belə ki, Tehranda müşahidə aparmış beynəlxalq mütəxəssislər, o cümlədən də MAQATE ekspertləri «İranın düz yolda olduğunu təsdiqləyiblər».


«Təəssüf ki, bizim bu qədər yaxşı niyyətimizə baxmayaraq, bir qrup barmaqla sayıla bilməyəcək sayda ölkələrdən özümüzə qarşı düzgün münasibət görmədik. Onlar bizi özləri kimi xətəkar görürlər, bizi qanuni yollardan döndərmək və İrana öz siyasi iradələrini tətbiq etmək istəyirlər. Halbuki, nüvə proqramlarından onların dediyi qaydada təhlükə kimi istifadə etmək bizim özümüzün də dinimizə, imancımıza və mənəviyyatımıza ziddir».


Zare onu da deyib ki, İran kütləvi silahların tənzimlənməsi barədə sənədə ilk imza atan ölkə olsa da, bu gün onu günahlandıranlar özləri bunu etməyib: «İrana qarşı psixoloji müharibə aparırlar. Mənim onlara yazığım gəlir. Bizə nəsə edə bilsəydilər, etmişdilər. Biz isə öz işimizi görəcəyik. Hələlik diplomatik kanallarla özümüzə qarşı ikili standartları aradan qaldırmağa çalışacağıq. Amma məsuliyyət qarşılıqlı olmalıdır».


Diplomatın sözlərinə görə, ölkəsinin uranın zənginləşməsindən əldə edəcəyi kimyəvi elementlər təkcə təhlükəsizlik yox, həm də tibb üçün xeyirlidir və Qərb «illərdir ki, müsəlmanları bundan məhrum edib».


Səfir İrana qarşı iqtisadi sanksiyaların əks effekt verdiyini də iddia edib. Belə ki, bununla ABŞ «İran kimi böyük bazarı itirib».


«Biz neft satışının dollarla ticarətini dayandırmışıq və artıq başqa ölkələr də öz ərazilərində inflyasiyadan narahatdırlar. Beləliklə də onlar bizdən çox bp şirkətlərinə zərər vururlar»-də səfir bildirib.


Dünyanın inkişaf etmiş ölkələri və beynəlxalq təşkilatlar İrandan uranın zənginləşdirilməsi proqramını dayandırmağı tələb edirlər. Dünya birliyi ehtiyat edir ki, İran bu yolla nüvə silahına malik ola bilər. Ekspertlər hesab edir ki, bu da regionda davamlı sülhü və təhlükəsizliyi təhdid edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG