«Azərbaycanda kifayət qədər taxıl ehtiyatı var və heç bir taxıl qıtlığından söhbət gedə bilməz».
Kənd Təsərrüfatı naziri İsmət Abbasovun sözlərinə görə gələn il üçün Azərbaycanın 1 milyon ton taxıl ehtiyatı var. Nazir bildirir ki, son günlər çörəyin və başqa un məmulatlarının qiymətinin qalxmasının səbəbi isə qıtlıqla bağlı deyil.
Qiymətlərin bahalaşması səbəblərinə toxunmayan nazir «biz qiymət siyasəti həyata keçirmirik» deməklə kifayətlənib.