Namizədlərdən ən şanslısı, müxalif Kosovo Demokrat partiyasının lideri Haşim Taçi deyib ki, partiyası qələbə qazanarsa, artıq dekabrın 10-da əyalətin müstəqilliyi elan olunacaq.
Seçkilərdə 26 siyasi partiya və hərəkat iştirak edib, onlardan yalnız 4-ü serblərə məxsusdur.
Kosovo serbləri Belqradın çağırışı ilə səsverməni boykot ediblər. Belqrad diyarın Serbiyadan müstəqilliyinin qəti əleyhinədir.
1999-cu ildən Kosovo formal olaraq Serbiyanın tərkibində qalsa da, beynəlxalq nəzarət altındadır.