Keçid linkləri

2025, 12 İyun, Cümə axşamı, Bakı vaxtı 19:28

Əfqanıstanda son bir ildə narkotikin becərilməsi 17 faiz artıb


Bunu BMT Narkotik və Cinayətlərə Qarşı Mübarizə idarəsi noyabrın 16-da yaydığı hesabatında qeyd edir.


Hesabatda deyilir ki, son bir ildə tiryəkin kökünü kəsmək üçün tədbirlərə baxmayaraq, indi narkotikin ixrac dövriyyəsi 4 milyard dollara çatıb. Bu isə Əfqanıstanın Ümumi Daxili Məhsulundan 2 dəfə çoxdur.


BMT rəsmiləri Əfqanıstanda qanunsuz narkotik ticarətinin qarşısını almaq üçün NATO qüvvələrini daha fəal olmağa çağırıb.


2006-cı ildə Əfqanıstanda tiryək istehsalı rekord həddə olub.


XS
SM
MD
LG