Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 11:02

«Dalğa» Qız qalasının qarşısında etiraz aksiyası keçirib


Hərəkat noyabrın 14-də də etiraz aksiyası keçirmişdi
Hərəkat noyabrın 14-də də etiraz aksiyası keçirmişdi

«Dalğa» Gənclər Hərəkatı noyabrın 16-da İçərişəhərdə tarixi binaların sökülməsinə etiraz olaraq Qız Qalasının qarşısında etiraz aksiyası keçirib. Aksiyaçılar etirazlarını özlərini zəncirləməklə bildiriblər. Hərəkatın sədri Vəfa Cəfərova «Azadlıq» radiosuna bildirib ki, polis piketçilərdən 10-nu saxlayıb.


Noyabrın 14-də isə hərəkat paytaxtda ağacların kəsilməsi və yerində dekorativ bitkilərin əkilməsinə etiraz aksiyası keçirmişdi. Həmin vaxt da polis 10-a yaxın aksiya iştirakçısını saxlasa da, sonradan buraxmışdı.


«Dalğa» Gənclər Hərəkatı noyabrın 12-18-ni «mənim şəhərim» həftəsi elan edib. Həftə ərzində Bakıda mədəni abidələrin dağıdılması, təmizlik, «tramvaya abidə qoyaq» kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.


XS
SM
MD
LG