Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəp Tayip Ərdoğan noyabrın 17-də Bakıda Türkdilli dövlətlərin XI qurultayının açılışında iştirak edəcəklər. «Turan»a məlumatlı mənbələrdən daxil olan məlumata görə, noyabrın 18-də Əliyev və Ərdoğan Türkiyə və Yunanıstanın qaz kəməri sistemlərini birləşdirən Karaçambeli-Komotini boru kəmərinin açılış mərasimində iştirak edəcəklər.
Bu sahənin açılışı ilə «Şahdəniz» yatağından Azərbaycan qazının Yunanıstan və oradan Avropaya çıxarılması üçün yol açılır.