Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:46

İlham Əliyev Sarkozi ilə regional problemləri müzakirə edəcək


Azərbaycan prezidenti İlham Əliyev noyabrın 19-20-də Fransaya rəsmi səfər edəcək. «Turan»a diplomatik mənbələrdən daxil olan məlumata görə, səfər işgüzar xarakter daşıyacaq və Azərbaycan prezidenti Nikolya Sarkozi ilə danışıqlar aparacaq. Bu, Əliyevin Fransanın yeni prezidenti ilə ilk görüşü olacaq. Həmçinin prezidentin Senat rəhbəri Kristian Ponsele ilə görüş keçirəcəyi gözlənir. Görüşlər zamanı regional problemlərin diqqət mərkəzində olacağı güman edilir.
İlham Əliyev bu ilin yanvarında Parisdə rəsmi səfərdə olub.


XS
SM
MD
LG