Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:51

İçəri Şəhərin mühafizəsi ilə bağlı qanun layihəsi hazırlanıb


Bakının mərkəzində tikinti işlərinin aparılması İçəri Şəhərdən də yan keçməyib
Bakının mərkəzində tikinti işlərinin aparılması İçəri Şəhərdən də yan keçməyib

İctimaiyyətin nümayəndələri İçəri Şəhərin mühafizəsi ilə bağlı ayrıca qanun layihəsi hazırlayıblar. Noyabrın 15-də layihə təqdim ediləcək.


Sənəd «Tarixi abidələrin qorunması haqqında» qanun layihəsi adlanır. İdeyanın təşəbbüskarı bir qrup Qeyri Hökumət Təşkilatı və jurnalist birlikləridir.


Həmmüəlliflərdən biri hüquqşünas Əlövsət Əliyev deyir ki, bu sənəd qədim şəhərin sərhədlərini müəyyənləşdirir, ərazidə ticarət obyektlərinin işlədilməsini, inzibati qurumların fəaliyyətini qadağan edir.


Layihə tarixi abidənin qorunmasında ictimaiyyətin rolunu artırır. Müəlliflər istəyirlər ki, İçəri Şəhər açıq səma altında muzey olsun. Sonra onu parlamentə də təqdim edəcəklər.


Son zamanlar Bakının mərkəzində tikinti işlərinin aparılması İçəri Şəhərdən də yan keçməyib. Qoruq ərazisində tarixi əhəmiyyət kəsb edən binalar uçurdulur, əvəzində yeni yaşayış və ictimai komplekslər tikilir. Bu də ölkə ictimaiyyətin narazılığına səbəb olur.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG