Noyabrın 14-də «Dalğa» Gənclər Hərəkatı paytaxtda ağacların kəsilməsi və yerində dekorativ bitkilərin əkilməsinə etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qarşısında aksiya keçirib. Aksiya iştirakçıları yaşıllıqların qırılmasına etirazlarını dekorativ bitkilərin dibinə su tökməklə bildiriblər.
Piketçilər su vedrələrini BŞİH əməkdaşlarına vermək istəyəndə isə polis 10-a yaxın aksiya iştirakçısını saxlayıb. Saxlananlar Səbail Rayon 9 saylı Polis Bölməsinə aparılıb. Bir saatdan artıq bölmədə saxlanan aksiyaçılar İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudovun müdaxiləsindən sonra buraxılıblar.
«Dalğa» Gənclər Hərəkatı noyabrın 12-18-ni «mənim şəhərim» həftəsi elan edib. Həftə ərzində Bakıda mədəni abidələrin dağıdılması, təmizlik, «tramvaya abidə qoyaq» kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.
![]() | | ![]() | | ![]() |