Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:59

«Türk dünyasının problemləri Bakıda müzakirə olunacaq»


«Qurultayda 1915-ci il hadisələri ilə əlaqədar bəyanat qəbul ediləcək»
«Qurultayda 1915-ci il hadisələri ilə əlaqədar bəyanat qəbul ediləcək»

Noyabrın 17-18-19-da Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı keçiriləcək.


30 ölkədən 550-dək nümayəndə və qonağın dəvət olunduğu qurultayın açılışında prezident İlham Əliyevlə yanaşı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.


Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.


Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl qurultayın yekun iclasına qatılacaq.


Tədbirin məqsədi türk dövlət və cəmiyyətləri arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdir.


Komitə sədri deyib ki, tədbirdə Türk dünyasını narahat edən bir sıra digər problemlər müzakirə olunacaq. «Dağlıq Qarabağ münaqişəsi, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, İraq və Əfqanıstanda yaşayan türkdilli xalqların vəziyyəti, Ahıska türklərinin öz tarixi torpaqlarına qayıdışı sahəsində mövcud olan çətinliklərlə də bağlı fikir mübadiləsi aparılacaq»-, deyə N.İbrahimov bildirib.


Bundan başqa, qurultayda 1915-ci il hadisələri ilə əlaqədar «erməni soyqırımı» iddiaları ilə bağlı bəyanat da qəbul ediləcək.


Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultaylarını 1993-cü ildən keçirilir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG