Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 02:23

«Metroda nə siyasi, nə də dini ədəbiyyat satılmır»


Dini ədəbiyyat bədii ədəbiyyatdan sonra ikinci tələb olunan ədəbiyyatdır
Dini ədəbiyyat bədii ədəbiyyatdan sonra ikinci tələb olunan ədəbiyyatdır

Bir neçə gündür Bakı metropolitenində dini ədəbiyyatın satışına qadağa qoyulması haqqında xəbərlər yayılır. Faktı metro keçidlərində xırda ticarətlə məşğul olanlar da təsdiq edir.


Metronun «Ulduz» stansiyasının keçidində dini ədəbiyyatla yanaşı möhür, təsbeh, müxtəlif dualar, dini suvenirlər satdığını dəfələrlə gördüyüm satıcı isə bu işlə məşğul olduğunu ümumiyyətlə, boynuna almadı: «Biz dini ədəbiyyat satmırıq».


Satıcılar xəbərdarlığı metro stansiyalarının rəhbərliyindən aldıqlarını deyirlər. Dediklərinə görə, səbəb güc strukturlarının vəhhabi məzhəbindən olduqları iddia edilən şəxslərə qarşı əməliyyat keçirmələridir. Satışda olan dini kitabların içərisində ekstremizm, bölücülük təbliğ edən kitabların ola biləcəyi ehtimal edildiyindən bütün dini ədəbiyyatın satışı qadağan olunub.


Bakı metropoliteninin rəhbəri Tağı Əhmədov: «Metroda nə siyasi, nə də dini ədəbiyyat satılmır. Əgər söhbət «Quran»dan gedirsə, «Quran» hər yerdə satılır».


Tağı Əhmədov belə addım atılmasını heç də bütün dini kitabların sağlam məntiqə uyğun gəlməməsi ilə bağlayır.


Noyabrın 9-da mediaya açıqlamasında Prezident Aparatının İctimai-Siyasi Şöbəsinin rəhbəri Əli Həsənov da həm daxildə, həm də xaricdə bir sıra dairələrin ölkədə dini qarşıdurma yaratmaq, insanları təriqətçiliyə sövq etmək istədiklərini bildirib.


Əli Həsənov: «Biz heç kimə imkan verməyəcəyik ki, Azərbaycan vətəndaşlarının dini inancından öz maraqları üçün istifadə etsinlər».


Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Ceyhun Məmmədli isə təmsil etdiyi qurumun belə bir göstəriş vermədiyini bildirsə də, metropolitenin bu addımına haqq qazandırır: « Əslində bu kitab satışı yox, dini təbliğatdır»


Hazırda Bakının mərkəzində onlarla dini dükanlar var. Burada dindarlar üçün geyimlərdən tutmuş dəyəri bir neçə yüz dollar olan dini suvenirlərə, nəfis tərtibatlı dini kitablara qədər bir çox əşyalar satılır. Bu mağazalarda ən çox rast gəlinən kiril əlifbası ilə Azərbaycan dilində nəşr olunmuş kiçik broşüralardır. Broşüraların heç birində nə nəşriyyat, nə redaktor haqda bilgi yoxdur. Satıcılar isə belə kitablara tələbatın günü-gündən artdığını deyir.


«Bakı» Kitab Klubunun 2004-cü ildən bəri keçirdiyi sorğu da deyilənləri təsdiq edir. 2006-cı ildə oxucular, satıcılar və nəşriyyatlar arasında keçirilən sorğunun nəticələrinə görə, dini ədəbiyyat bədii ədəbiyyatdan sonra ikinci tələb olunan ədəbiyyatdır. Bunu klubun eksperti Rafiq Məmmədli deyir.


Onun sözlərinə görə, Kitab Klubu bu ilin avqustunda keçirdiyi beynəlxalq sərgiyə Rukayya Maksudun Rusiyada çap olunmuş «İslam» adlı sorğu kitabını çıxarıb. Buna qədər kitab 25 dilə tərcümə edilərək onlarla ölkədə yayılıb. Sərgidə 10 nəfər eyni kitabdan sifariş verib. Sifariş əsasında Moskvada yerləşən nəşriyyatın Bakıya göndərdiyi kitablar isə sərhədi adlaya bilməyib.


Rafiq Məmmədli: «Xaçmaz gömrüyü kitabları müsadirə edib. Dörd aydır ki, kitabları bizə qaytaran yoxdur».


Dövlət Gömrük Komitəsindən kluba bildirilib ki, kitablar ekspertiza üçün Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə göndərilib. Hələlik ekspert rəyi hazır deyil. Rafiq Məmmədli düşünür ki, yalnız gömrük nəzarətinin gücləndirilməsilə qadağan edilmiş dini ədəbiyyatın qarşısını almaq olmaz: «Satışdan yığışdırılmış dini ədəbiyyatın 90-95 faizi Bakıda çap olunur. Yalnız bəzi nəfis tərtibatlı kitablar Türkiyə və İrandan gətirilir».


Rafiq Məmmədli indi gömrükdə dinlə bağlı faktiki olaraq bütün ədəbiyyatın müsadirə edildiyini bildirir və bunu düzgün addım saymır.


Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əməkdaşı Ceyhun Məmmədli isə hələlik sözügedən kitabın nüsxəsinin onlara göndərilmədiyini deyir: «Adətən Dövlət Gömrük Komitəsi sərhəddə saxlanan kitabları bizə göndərir, ancaq Kitab Klubunun müsadirə edilmiş kitabları komitəyə göndərilməyib».


Komitə təmsilçisi kiril əlifbası ilə dini ədəbiyyat çapının qanunla qadağan edildiyini bildirərək onların satışdan yığılması üçün tədbirlər görüldüyünü deyir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG