Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:29

«Azərbaycanda jurnalistlərə qarşı heç bir təqib yoxdur»


Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənov, 9 noyabr 2007
Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənov, 9 noyabr 2007

Bunu Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyir.


Onun sözlərinə görə, Avropa Şurası, Avropa Birliyi və digər təşkilatların münasibətlərindən asılı olmayaraq, hakimiyyət ölkədə özbaşınalığa və xaosa yol verə bilməz.


«Söz azadlığı ilə ayrı-ayrı insanları təhqir etmək arasında heç bir bağlılıq yoxdur və başqalarına böhtan atanlar məhkəmə qarşısında cavab verməlidir».


Həsənov jurnalistlərin həbsinə moratorium qoyulması və həbsdə olanların isə əfv ediləcəyi ilə bağlı sualları cavablandırmayıb. Amma onun sözlərinə görə, gələcəkdə jurnalistlərin məsuliyyətinin artırılması ilə onların cinayət məsuliyyətinə cəlb olunmaması istiqamətində tədbirlər görülə bilər.


Hazırda Azərbaycanda 7 jurnalist həbsdədir. Hüquq müdafiə təşkilatları onların azadlığa buraxılması ilə bağlı dəfələrlə bəyanatlar veriblər.


Jurnalistlərin həbsinin qarşısını almaq üçün beynəlxalq qurumlar tərəfindən «Diffamasiya haqqında» qanunu qəbul etmək tövsiyə olunur. Hakimiyyət isə buna ehtiyac görmədiyini deyir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG