Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:23

«Bakı ümid edir ki, Gürcüstandakı gərginlik sülh və demokratiya yolu ilə həll ediləcək»


Bakı ümid edir ki, Gürcüstandakı gərginlik sülh və demokratiya yolu ilə həll ediləcək.


Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Gürcüstanda baş verən son hadisələri «Azadlıq» radiosuna şərh edərkən belə deyib:


«Biz Gürcüstanla qonşu və dost ölkə kimi, orada gərginliyin və problemlərin olmasından narahatıq. Münasibətlərimizi və strateji tərəfdaşlığımızı nəzərə alaraq, vəziyyətin sülh və demokratiya yolu ilə həllinə ümid edirik».


XİN rəsmisi Tbilisidə keçirilən aksiyalarda Azərbaycan icmasının da iştirakını «bu ölkənin daxili işi» adlandırıb.


XS
SM
MD
LG