Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:11

«Nehrəmi viran qoydular…»


Nehrəmdə 450 mağaza və iaşə obyekt sökülür
Nehrəmdə 450 mağaza və iaşə obyekt sökülür

«Mən hazırda Nehrəm kəndinin mərkəzindəyəm. Mülki geyimdə və rəsmi formada polis əməkdaşları kənddə cəmlənib. Mağazaları dağıdırlar»- «Azadlıq» radiosunun müxbiri Naxçıvandan xəbər verir.


Səhər saatlarından mağazaların bağlanması tələb edilib və işıqlar kəsilib. Elə bu səbəbdən də bütün kəndə işıq verilmir.


Kənd sakinləri deyirlər ki, «bizi sındırdılar», «Nehrəmi viran qoydular…»


Rəsmilər bildiriblər ki, dağıdılan mağazaların yerində park salınacaq.


Kənddən reportaj hazırlayan «Azadlıq» radiosunun müxbiri mülki geyimli şəxsin hücumuna məruz qalıb. Kənd sakinləri jurnalisti müdafiə ediblər. Onlar hücum edən şəxsin öyrədildiyini bildiriblər.


***


Noyabrın 8-dən Nehrəm kəndində polisin iştirakı ilə mağazaların sökülməsinə başlanıb. Satıcılar «Azadlıq» radiosuna bildiriblər ki, səhər saatlardan kəndə çoxsaylı polis qüvvələri cəmlənib.


Muxtar Respublikanın Babək rayonunun ən böyük kəndlərindən hesab edilən Nehrəmdə 450 mağaza və iaşə obyekt sökülür.


Yerli hakimiyyət obyektlərin sökülməsinin səbəbləri barədə açıqlama vermir.


Kənd sakinləri buna etiraz edərək noyabrın 5-də aksiya keçiriblər.


***


Noyabrın 8-dən Naxçıvan şəhərinin ən böyük ticarət obyektlərindən olan «57-ci bazar»ın da fəaliyyəti tam dayandırılıb.


«Bazarın sahibi sonuncu xəbərdarlıq etdi ki, bu gündən bazarın fəaliyyəti dayandırılır, mallarınızı yığışdırın»- bunu «Azadlıq» radiosuna satıcılar deyib.


Dünən gecədən başlayaraq ağır texnikanın cəlb olunması ilə bazar ətrafındakı mağazalar sökülməyə başlayıb. Bu gündən səhər saat 6-dan isə satıcılar öz piştaxtalarını sökməyə məcbur olublar.


«57-ci bazar»da 3 mindən çox şəxs çalışırdı.


Satıcılar etiraz etməyin əhəmiyyətsiz olduğunu və məhkəmələrə müraciət etməyə hazırlaşdıqlarını deyiblər.


Noyabrın 4-də Naxçıvan şəhərində ticarət mərkəzinin sökülməsinə etiraz edən satıcılar etiraz aksiyası keçiriblər.


Hakimiyyət bazarın sökülməsini abadlıq işləri bağlı olduğunu deyir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG